Xalq artisti, muğam ustası Simarə İmanova oğlu Məhəmmədə toy edib.
Lent.az-ın xəbərinə görə, bu barədə xanəndə özü məlumat yayıb.
"Həyəcan, sevinc, qürur sözlərlə ifadə olunmayacaq qədər. Oğlum, Allah sizi xoşbəxt etsin. Bir ömür boyu sevib seviləsiniz. Sevginiz daimi, ailəniz möhkəm olsun. Xoş arzularım daima sizinlədir. Allah sizi və sevginizi qorusun".
Xalq artisti oğlunun toyunda mahnı ifa edib. O bu ifanın ömrünün ən gözəl çıxışı olduğunu bildirib.