Türkiyənin ilk kişi modeli Karahan Çantay dünyasını dəyişib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyədən Taylanda köçən 47 yaşlı model 2 gün əvvəl motosiklet qəzasında vəfat edib. Modelin nəşini heç kimin götürmədiyi açıqlanıb.
Qeyd edək ki, K.Çantay 1995-ci ildə "Mr Turkey" müsabiqəsinin birincisi olub.