Əməkdar artist Lalə Məmmədova bir neçə gün əvvəl toyda fonoqram oxuduğu üçün toy sahiblərinin döydüyü həmkarı Kərim Abasova dəstək olub.
Lent.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında belə paylaşım edib:
"Fonoqramı qonşumuz, xalamız qızı, əmimiz nəvəsi oxumayıb ki... Öz səsimiz, nəfəsimizdir. Belə mədəniyyətsizlik, tərbiyəsizlik hamımızın başına gələ bilər. Gücləri sənətçiyə çatır.
Həyat bumeranqdır, nə ediriksə, həyat hamısını qarşımıza çıxarır. Sən zəhmətinlə qazanan oğulsan Kərim, hamımız bunu bilirik, sənin yanındayıq".