Müğənni Vüqar Muradov evini tikən iki usta ilə bağlı polisə şikayət dib.
Lent.az-ın xəbərinə görə, Vüqar ustaların ona borclu olduğunu və xeyli ziyan vuraraq aradan çıxdıqlarını iddia edib.
“Bu iki dələduz,ustalıqdan xəbəri olmayan varlıqlar (Rasim və Cəlal) mənim evimdə işləyirdilər. Evimi bərbad günə qoymuşdular. Yazığım gəldi, dedilər qalaq işləyək, dedim işləyin səhvlərinizi də düzəldin, düzəltmədilər. Hətta biri 350, o biri 460 manat borclu qaldı. Telefona cavab vermirlər, söz vermişdilər gətirib pulu verəcəklər. 2 aydır gətirmirlər, vurduqları ziyan ən az 3-4 min arasıdır. Sabunçuda yaşayırlar və hər ikisi də Gədəbəydəndir, Azərbaycan polisindən xahiş edirəm bu iki dələduzla bağlı tədbir görsünlər”,- deyə o, sosial şəbəkə hesabında bildirib.
O, ustalarla bağlı əvvllər də polisə müraciət etdiyini yazıb.