Bir zamanlar müxtəlif seriallarda baş rol alıb izləyicilərin sevimlisinə çevrilən aktrisa Selin Demiratar daha filmlərə çəkilmək istəmədiyini, aktrisalıqdan imtina etdiyini açıqlayıb.
Lent.az Türkiyə medisına istinadən xəbər verir ki, Selin Demiratar 1999-cu ildə “Miss Globe Türkiye” gözəlliş yarışmasının qalibi olub.
39 yaşlı gözəl “Koçum Benim”, “Acı Hayat”, “Adanalı”, “Huzur Sokağı” kimi seriallarda baş rollarda çəkilib.
Serial çəkilişlərinin uzun müddət çəkdiyini, çəkiliş saatlarınınsa ağır olduğunu bildirən aktrisa bu səbəbdən uzun müddət ekranlardan uzaq düşdüyünü deyib. O daha filmlərə çəkilməyəcəyini bəyan edib.
Aktrisa iş adamı Mehmet Ali Çebi ilə ailəlidir.