“Cocuklar duymasın” serialının ulduzu, Tamer Karadağlının keçmiş sevgilisi pianoçu Iraz Yıldız evlilik təklifi alıb.
Lent.az-ın xəbərinə görə, 55 yaşlı aktyorun özündən 30 yaş kiçik sevgilisi Anıl Pinaz adlı bir musiqiçiylə evlənməyə hazırlaşır.
Bir zamanlar Tamerlə aralarındakı yaş fərqini tənqid edənlərə “Kimsə işimizə qarışmasın. Buna heç kimin haqqı çatmır” deyən Iraz bir müddət sonra “Eşqimiz bitdi” mesajını vermişdi.
Iraz Yıldız tezliklə evlənəcəyini bəyan edib.