Sərdar Ortaç od püskürdü : "Görün xəstə adama nə edirlər?"
08 noyabr 2022 09:39 (UTC +04:00)

Sərdar Ortaç od püskürdü: "Görün xəstə adama nə edirlər?"

Sərdar Ortaç ötən gecə Yeniköydəki evinin qarşısında qurulan film setinə üsyan edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saat 05:00-da verdiyi konsertdən evə qayıdan məşhur müğənni evinin qarşısındakı səs-küydən narahat olduqdan sonra əsəbiləşib.

Çəkiliş qrupunu videoya çəkən məşhur müğənni onu sosial media hesabında paylaşaraq “Mental Production adlı film şirkəti gəlib. Evimin qabağında bufet açıb, film çəkirlər. Evə 5-də gəldim, cəmi 3 saat yatdım. Xəstə adama etdiklərinə baxın” deyə şərh yazıb.

Çəkiliş qrupuna və rəhbərliyinə də ağır sözlər deyən Ortaç qısa müddətdən sonra videonu silib. 

# 3003
avatar

Fidan İlqar

Oxşar yazılar