Ruhəngiz Əli Mirəliyevdən incidi - “Ayıbdır, danışığına fikir ver!”
10 iyun 2024 10:23 (UTC +04:00)

Ruhəngiz Əli Mirəliyevdən incidi - “Ayıbdır, danışığına fikir ver!”

Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu şou proqramlardan birində həmkarı Əli Mirəliyevdən möhkəm incidiyini bildirib. 

Lent.az-ın xəbərinə görə, müğənni  Əli Mirəliyevin onun barəsində başqa bir kanalda işlətdiyi sözlərə əsəbiləşdiyini söyləyib:

“Kaş, Əli Mirəliyevlə duet oxumazdım. Kənardan baxıram, ayıbdır. Heç olmasa, o duetlərə hörmətlə yanaş, danışığını bil. Əlidən heç gözləməzdim. O dəfə verilişlərin birində deyib  “Ruhəngiz Musəvi və Ruhəngiz Allahverdiyeva toyda “Bu gecə” mahnısını qışqıra-qışqıra oxuyublar”. Ayıbdır! Bundan sonra onunla efirə çıxmayacağam. Danışığına fikir ver, bəsdir. Bu şeylər mənə toxunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4365
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar