Müğənni Rəqsanə İsmayılova
22 aprel 2021 11:48 (UTC +04:00)

Müğənni Rəqsanə İsmayılova

Rəqsanə müğənniləri SƏRT TƏNQİD ETDİ: "Oturun yerinizdə..."

Müğənni Rəqsanə İsmayılova bir müddət öncə Moskvada çıxış edən azərbaycanlı müğənnilərlə bağlı növbəti açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı bu dəfə həmkarlarını sərt tənqid edib:

"Bəsdirin, dincəlin. Yaxşı mövzu verdim, tema tutublar. O ki qaldı mənə, nəyi necə və harada danışmaq və demək lazımdır bilirəm. Hamı ağıllı olub, mənə ağıl verən çıxıb. Hamı çıxıb deyir ki, mən deyiləm. Bunu deməyə nə ehtiyac var? Sən deyilsən, lap yaxşı, otur yerində. Söhbətin kimlərdən getdiyini özləri də yaxşı bilirlər.

Hər birimizin həyatında səhvi olub, mənim də olub. Deyirəm ki, daha olmasın, ayıbdır, daha nə deyirəm ki... İnşallah, yəqin gedib qayıdarlar, deport olunmazlar".

Qeyd edək ki, Rəqsanə bundan öncəki açıqlamasında bu sözləri demişdi: "Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır.

İndi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm.

Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiz. Ömrüboyu pul qazanan musiqiçi puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısın gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4419
avatar

Yalçın UĞUR

Oxşar yazılar