Xalq artisti Rafael Dadaşov
16 mart 2021 10:22 (UTC +04:00)

Xalq artisti Rafael Dadaşov

Rafael Dadaşovun ölümündən 1 il ötdü - Qızı yazdı...

Bu gün Xalq artisti Rafael Dadaşovun ölümündən bir il ötür. Lent.az-ın məlumatına görə, mərhum aktyorun müğənni qızı Səidə Dadaşova onunla bağlı paylaşım edib:

"Mənim üçün əvəzolunmaz həm ata, həm də dost... Bir il keçir ki, səni itirdim. Dünyam yıxıldı. Adını daşıyan oğlumdan təsəllini alıram. Xalqın sevimlisi, böyükdən kiçiyə hər kəsin kumiri, atam... Mənə sənsiz o qədər çətindir ki, hər şey üstümə gəlir. Amma mən güclüyəm, bu gücü səndən almışam. Həmişə deyərdin güclü ol, qızım, atan kimi güclü ol. Bax bu gün sənin kimi güclüyəm. Allah sənə rəhmət eləsin, xalqın Rafaeli.

Hərdən təsəvvür edirəm ki, yaşayır, sadəcə, uzaqdadır. Ona mesaj göndərib, necə sevdiyimi demək istəyirəm. Və oturub cavab gözləyim...".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4377
avatar

Yalçın UĞUR

Oxşar yazılar