Qonağından Rövşanəyə sərt cavab: Sənin işin  insanları əzməkdir?
18 aprel 2023 12:28 (UTC +04:00)

Qonağından Rövşanəyə sərt cavab: Sənin işin insanları əzməkdir?

Verilişə çağırdığı qonaqları ilə tez-tez qalmaqal yaşayan aparıcı Rövşanə Ağasəfqızının növbəti hədəfi influenser Nagehan Abdullayeva olub.

Lent.az-ın xəbərinə görə, azərbaycanlı bəylə ailə quran Nagehan Abdullayeva tez-tez sosial şəbəkə hesabından ailəsi ilə paylaşım etməklə populyarlaşıb.

Türk gəlinin “Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. "Instagram"da türk gəlin görməmişəm" sözləri Rövşanəni qəzəbləndirib.

O kobud şəkildə, “Türk gəlinlərin hamısı çıxıb sosial şəbəkədə ərə getməklə sizin kimi özlərini məşhurlaşdırmırlar. Ərə getmək bəyəm işdir? Siz nə iş görürsünüz?”, - deyib.

Nagahan Abdullayeva aparıcıya sərt cavab verib:

"Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Təhsilli insanam, nə olub ki? Mən burada ailə həyatımı düzgün göstərdiyim üçün sevilmişəm. Ömrümün sonuna qədər evli qalacağam deyə bir şey yoxdur. Heç kimin sığortalanmayıb. Ayrılsaq, bunu da düzgün edərik” .

Rövşanə Ağasəfqızı son 2 həftədə efirdə Əməkdar artistlər Nigar Şabanova və İlkin Əhmədovu da sərt tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11160
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar