“Qayınanamın əlini öpürəm” - Göyçək Fatimə
23 iyul 2024 14:50 (UTC +04:00)

“Qayınanamın əlini öpürəm” - Göyçək Fatimə

“Göyçək fatimə” ləqəbi ilə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qatıldığı proqramlardan birində ailəsi barədə danışıb.

Lent.az-ın xəbərinə görə, rəqqasə çox xoşbəxt ailə həyatının  olduğunu, iki dəfə ailə qurduğunu bildirib.

“Çox xoşbəxt qadın və anayam. Oğlumun atası elə bir kişinin oğludur ki, Allah ona və anası Mehtab xanıma can sağlığı versin. Qayınanamın əllərindən öpürəm. Hamıya o xanım kimi qayınana arzu edirəm. Baldızım Aygün xanımı da öpürəm. Onlar hamısı mənim oğlumun yanındadırlar”. 

 Fatimə Fətəliyeva  birinci dəfə Aydın adlı bəylə ailəli olub. Onların bu evliliyindən Aydan adlı qızları dünyaya gəlib. Aydan artıq ailəlidir. Fatimə ikinci dəfə Xəyal adlı bəylə ailə qurub. Onların bu nikahından Hüseyn adlı övladı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6564
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar