Türkiyəli aktyor Ozan Akbaba Bakıya gəlir.
Lent.az APA-ya istinadən xəbər verir ki, o, fevralın 3-ü “Anka” filminin xüsusi nümayişində iştirak edəcək.
Ozan Akbaba “Anka” filminin baş rolunu canlandırıb.
Filmin rejissoru Türkiyənin ən perspektivli rejissorlarından biri olan Süleyman Mert Özdemir, prodüseri isə həmyerlimiz Müşviq Quluzadədir. Ozan Akbabadan başqa, filmdə həmçinin Engin Hepileri, Uğur Uzunel və digər aktyorlar çəkilib.