Xalq artisti Aygün Kazımova səhnə fəaliyyətindən söz açıb.
Lent.az-ın məlumatına görə, müğənni “MTV”-yə bildirib ki, bu günə qədər tanınmaq üçün çox çətinlik çəkib:
"Bəlli bir yerə gəlmisənsə, tanınır, sevilirsənsə, çətinliklər olmalıdır. Asanlıqla heç nə əldə etmək olmur. Öz səhvlərimə görə o qədər yıxılmışam. Çoxları düşünüb ki, mən artıq o problemdən sonra qalxmaram. Amma birdən simurq quşu kimi öz külümdən yenidən doğulmuşam. O xasiyyətimə görə, tez-tez məni bu quşa oxşadırlar. Səhvlərimə görə gəlib, bu yerə çatmışam".