Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni layihəsində baş rolda çıxış edəcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, "Daha on yedi" serialında rol alacaq. Aktrisa ekran işində "Şəbnəm" obrazını canlandıracaq.
Hazırlıq mərhələsində olan serialda Nəsrin Cavadzadədən başqa əsas rolları ifa edəcək aktyorların adları hələlik açıqlanmayıb. Digər rollar üçün aktyorlarla danışıqlar davam edir və serialın aktyor heyətinin yaxın günlərdə tam formalaşacağı gözlənilir.
Qeyd edək ki, serial Bodrumda çəkiləcək.