Xalq artisti Zaur Rzayev iddialı açıqlama verib.
Lent.az-ın məlumatına görə, müğənni “Elgizlə izlə” verilişində deyib:
“Mənim qeyri-adi oxumaq üslubum var. Gör mənim repertuarımı başqa kimsə oxuya bilir? Yox. Hamı ucuz yola gedir. Məsələn, “Oxu tar”, “Ana kür” , “Sevgili canan” , “Bəri bax” oxusunlar. Hamısı bir-birinin təkrarıdır. Mənim təkrarım yoxdur. Nə görkəmdə, nə də oxumaqda, nə də dostluqda mənim bənzərim yoxdur”.