Namiq Qaraçuxurlu
05 mart 2021 11:14 (UTC +04:00)

Namiq Qaraçuxurlu

Namiq Qaraçuxurlunun başına iş gəldi

Meyxanaçı Namiq Qaraçuxurluya qarşı dələduzluq edilib. Lent.az-ın məlumatına görə, bəzi restoranlar Namiqin 8 Mart günü səhnə alacağını qeyd ediblər. Söz ustası isə bu barədə sosial şəbəkədə açıqlama yayıb:

"8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır. Heç bir konsertdə çıxış etməyəcəm. Məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə vaxt çıxış edəcəmsə, özüm açıqlayacam. Mənim üçün narahat olanlara sonsuz təşəkkürümü bildirirəm. Məncə yaxın zamanda görüşəcəyik. Amma o zaman, bu zaman deyil".

# 13134
avatar

Yalçın UĞUR

Oxşar yazılar