Müğənni Nadir Qafarzadə
27 aprel 2021 13:11 (UTC +04:00)

Müğənni Nadir Qafarzadə

Nadir Baloğlan barədə danışdı: "Sıra məndədi"

Müğənni Nadir Qafarzadə ötən gün dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfov barədə danışıb.

Lent.az xəbər verir ki, ifaçı sosial şəbəkədəki səhifəsində B.Əşrəfovun şəklini paylaşaraq, bu sözləri qeyd edib:

"Bu da son... Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu çox... "Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" səni də apardı, tufanlar, sənətkar.

Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".

Qeyd edək ki, B.Əşrəfov ötən gün 70 yaşında koronavirus xəstəliyindən dünyasını dəyişib.

# 9786
avatar

Yalçın UĞUR

Oxşar yazılar