Müğənni Xatirə İslam
29 mart 2021 16:12 (UTC +04:00)

Müğənni Xatirə İslam

Mübariz Mənsimovun adından istifadə edib Xatirə İslamdan pul aldılar - FOTO

Müğənni Xatirə İslama qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki paylaşımında vurğulayıb. O, bildirib ki, özünü iş adamı Mübariz Mənsimovun yaxını kimi təqdim edən Sahil İmanov tərəfindən aldadılıb:

“Özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı, Türkiyədə sayılan-seçilən kanalın rəhbəri kimi təqdim edən Sahil İmanov haqda danışacam. Mənə də dəfələrlə zəng edib, nələrsə soruşub. Əlimdən gələn paylaşımı etmişəm. Bu adama görə yox, Mübariz Mənsimovun xatirinə etmişəm.

Sahil İmanov Azərbaycanda olan tanınmış insanları aldadır, pulunu mənimsəyir. Birinə deyir sənə sosial şəbəkədə mavi işarəni alacam, birinə deyir “YouTube”da hər şey mənlikdir. Hər şeyi bacardığını deyir. Bu cür danışaraq məşhurları aldadır. Biri mən özüm. Yaxınımı da aldadıb. Mübariz Mənsimovun işçisidirsə, bir ölçü götürülsün. Sahilin özünə də dedim ki, bir çox yalan danışmısan, vədlər vermisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın pulunu qaytaracam. Sözünün üstündə dayanmadı”. 

Sənətçi daha sonra sözügedən posta yazılan rəylərə cavab verərək aldadılan yaxınının Əməkdar artist Vasif Məhərrəmli olduğunu vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8907

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39