Dünyanın ən zəngin qadın musiqiçisi Rihanna yenə xeyriyyə işləri ilə gündəmə gəlib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənətçi iqlim böhranı və irqçiliklə mübarizə üçün 15 milyon dollar bağışladığını açıqlayıb.
33 yaşlı Barbadoslu müğənninin bu addımı pərəstişkarları tərəfindən alqışlanıb. Bununla yanaşı, müğənninin xeyriyyə məqsədli ianələrinə görə tənqid edənlər də olub.
Qeyd edək ki, bir neçə müddət əvvəl müğənni vətəni Barbadosda Milli Qəhrəman elan edilib.