Məşhur türkiyəli müğənni və rejissor Metin Arolat İstanbulun Kozyatağı qəsəbəsindəki hotellərdən birində konsert verərkən qəfildən yıxılaraq dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə Birlik Haber Ajansı məlumat yayıb.
Məşhur sənətçinin meneceri Halil Yıldırım 52 yaşlı Arolatın infarktdan öldüyünü təsdiqləyib.
Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.