Reper Kanye Uest həyat yoldaşı, avstraliyalı model Bianka Sensori ilə boşanır. Məlum olub ki, cütlük bir neçə həftə əvvəl münasibətlərini kəsib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ulduz həyat yoldaşları boşandıqlarını ailələrinə bəyan ediblər və pərəstişkarlarına rəsmi açıqlama verməyi planlaşdırırlar.
İnsayderlərin sözlərinə görə, Sensori boşanma ilə bağlı çətin anlar yaşayır. Buna görə də model doğma Avstraliyaya, ailəsinin yanına qayıtmaq qərarına gəlib.
Mənbə bildirir ki, 47 yaşlı reper boşanma barədə artıq dostlarına danışıb. Bianka ilə rəsmi ayrıldıqdan sonra o, yaxın gələcəkdə yaşamaq istədiyi ABŞ-dan Yaponiyanın Tokio şəhərinə mühacirət etməyi planlaşdırır.
Tez-tez birlikdə çılpaq şəkillər çəkdirərək, müzakirələrə səbəb olan cütlük boşanma səbəbini açıqlamayıb.
Reper əvvəllər Kim Kardaşyanla evli olub, bu nikahdan 4 övladı var.