Türk xalq mahnılarının mahir ifaçısı Elif Karlının 30 illik ömür-gün yoldaşı Cengiz Karlı həbsxanada həyatını itiib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 57 yaşlı Cengiz Karlı 6 ay öncə azadlıqdan məhrum edilərək, Tokat cəza evinə göndərilmişdi.
2 uşaq atası olan Cengiz Karlının ürək çatışmazlığından öldüyü bildirilir.
Mediaya açıqlama verən müğənni Elif Karlı bidirib ki, ağır qrip keçirdikdən sonra vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, müğənninin həyat yoldaşı qanunsuz təşkilata üzv olduğu üçün saxlanılmışdı.