Azərbaycanlı müğənni Aynur Dadaşova pulsuzluqdan evini satıb. Lent.az-ın məlumatına görə, bu barədə jurnalist Şahin Cavadsoy sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, sənətçinin evini satmasına səbəb karantin günlərində maddi sıxıntı yaşaması olub.
Qeyd edək ki, şou-biznesdə bir çox müğənnilər pulsuzluqdan gileylənmişdi. Müğənni Nadir Qafarzadə qızıllarını, Xalq artisti Faiq Ağayev qarajını, Əməkdar artist Teymur Əmrah da evini satıb.
Müğənni Aynur Dadaşova