Barselonanın keçmiş futbolçusu Erik Abidal həyat yoldaşı ilə boşanır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçunun yoldaşı Erik Abidalın onu PSJ-nin qadın futbolçusu Xeira Hamra ilə aldatdığını iddia edib.
Buna görə də Hayet Abidal boşanma davası açıb. Onun vəkili verdiyi açıqlamada “Hayet Abidal ləkələnmiş namusunu və etibarını təmizləmək üçün çalışır. Haqsızlığa məruz qaldığını tez bir zamanda hər kəsə eşitdirmək istəyir” – deyə qeyd edib.