Türkiyəli aktyor Kənan İmirzalıoğlu ilə evliliyindən iki qızı olan aktrisa Sinem Kobal uzun müddət sonra gecə əyləncəsində görüntülənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinem Kobal Etilerdəki məkanda yaxın dostları müğənni Edis, Hepsi qrupunun keçmiş üzvü Cemre Kemer və klip rejissoru Gülşen Aybaba ilə görüşüb.
Tanınmış aktrisa gülərək, “Çoxdandır çölə çıxmırıq. Kənan evdədir, mən də dostlarımla bir araya gəldim. Qızlarımız bir-birinin ardınca gəldi. Mən onlarla maraqlanıram” - deyib.
Edis gecədən kadrları İnstaqram hesabının hekayə bölümünə “2011-ci ildən bəri” qeydi ilə paylaşıb.
Sinem Kobal və Kənan İmirzalıoğlunun qızları Lalin ötən gün anası ilə getdiyi oyun mərkəzində görüntülənib. Fotosu paylaşılan 3 yaşlı Lalinin atası İmirzalıoğlunun oxşarlığı diqqət çəkib.