Məşhur cütlüyün böyük eşqi ÇƏKİLİŞ MEYDANÇASINDA BAŞLADI:  14 illik yol
26 yanvar 2024 11:41 (UTC +04:00)

Məşhur cütlüyün böyük eşqi ÇƏKİLİŞ MEYDANÇASINDA BAŞLADI: 14 illik yol

Onların sevgi macərası bir çox şou-biznes məşhurları kimi birlikdə çalışdıqları serialın çəkiliş meydançasında başlayıb. Serialda yaşadıqları sevgi ilk gündən gerçəyə çevrilib. Hər ikisinə dünya şöhrəti gətirən seriala çəkilərkən artıq evlənib ailə həyatı qurmuşdular...

İlk bölümü 2008-ci ildə yayımlanan və 7 mövsüm tamaşaçıları ovsunlayan vampir serialı “True Blood”, ilk sezonundan bəri ekran əfsanəsinə çevrilib.

Stiven Moyerin güclü vampir və Anna Paquinin ona aşiq olan telepatik gücə malik qadın rolunda oynadığı “True Blood” serialı bütün dövr ərzində ən çox baxılan seriallardan biri idi.

ABŞ-ın cənubundakı kiçik bir şəhərdə yaşayan insanları, vampirləri və canavarları bir araya gətirən serial təkcə baş rol ifaçıları Anna Paquin və Stephen Moyer deyil, isveçli aktyor Aleksandr Skarsqard və Co üçün də dünya ulduzluğuna yol açıb.

Məşhur cütlük serialın sınaq çəkilişləri zamanı bir-birlərini görən kimi ürəklərinin daha sürətlə döyündüyünü xatırlayır... “İlk baxışdan sevgi” ilə başlayan bu çəkiliş bitdikdən sonra şou-biznesin ən xoşbəxt evliliklərindən birinə çevrilib.

Stiven Moyerin çox güclü vampiri, Anna Paquinin isə ona aşiq olan gənc qadını canlandırdığı serial məşhur cütlük üçün həyatlarının ən önəmli layihəsi olub. Həm karyeraları bu serialla başlayıb, həm də çəkiliş meydançasında tanış olanda ürəkləri döyünən sevgiləri onları şou aləminin ən xoşbəxt cütlüklərindən birinə dönüblər.

Həmin ilk görüşdən sonra Moyer və Paquin aşiq olublar və 2010-cu ildə evləniblər. 14 ildir çox xoşbəxt olan məşhur cütlüyün 2012-ci ildə dünyaya gələn Çarli və Poppi adlı əkiz övladları olub. Məşhur cütlüyün əkiz oğlan və qızının indi 13 yaşı var.

Sevgi və evliliklərin çox da uzun sürmədiyi parıldayan şou aləmində illərdir diqqət mərkəzindən uzaq sakit və xoşbəxt bir həyat yaşayan cütlük 14 illik evlilikdən sonra hələ də çox xoşbəxtdir.

Ünlü çiftin büyük aşkları dizi setinde başlamıştı... Karısını bir gün görmese özlüyor

54 yaşlı britaniyalı ulduz Stiven Moyer 41 yaşlı Yeni Zelandiyalı ulduz Anna Paquini ilk dəfə çəkiliş meydançasında gördüyü günü heç vaxt unuda bilməyəcəyini deyir:

"Serialın sınaq çəkilişləri zamanı tanış olduq. O vaxt ikimiz də subay idik və aramızda bir növ qığılcım var idi", - deyən aktyor, çəkilişlər başlayan kimi birdən-birə işlərin ciddiləşdiyini etiraf edir.

Sınaq çəkilişindən sonra üç ay görüşməyən, ilk bölüm üçün çəkiliş meydançasında yenidən bir araya gələn Moyer çəkilişin üçüncü və ya dördüncü günündə hər ikisinin artıq bu görüşün xoşbəxt münasibətə çevriləcəyini anladığını bildirib. Stiven Moyer “Üçüncü gündən anladım ki, həyatımın qalan hissəsini onunla keçirmək istəyirəm” deyib.

Ünlü çiftin büyük aşkları dizi setinde başlamıştı... Karısını bir gün görmese özlüyor

O etiraf edir ki, həyat yoldaşı Anna Paquin üçün eyni layihədə iştirak etməsələr, çox darıxır. Məşhur aktyor deyir ki, ər-arvadın eyni işlə məşğul olması onların evliliyinə heç bir xələl gətirmir, əksinə onları xoşbəxt edir.

Stiven Moyer deyir ki, o, həyat yoldaşı ilə birlikdə işləməyəndə çox darıxır. Aralarında xüsusi bir dil inkişaf etdirdiklərini deyən məşhur cütlük çəkiliş meydançalarında birlikdə olduqları zaman danışmadan tək bir baxışla ünsiyyət qura biləcək qədər bir-birlərinə yaxındırlar.

Anna Paquin Stiven Moyerdən dünyaya gələn əkizləri ilə yanaşı, məşhur aktyorun 24 yaşlı oğlu Billi və əvvəlki münasibətlərindən dünyaya gələn 22 yaşlı qızı Lilakı da öz övladları kimi böyüdüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5922
avatar

Fidan İlqar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07