Türkiyəli müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı boşanmağa qərar verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar rəsmi olaraq məhkəməyə müraciət ediblər.
Akçıl açıqlamasında deyib: “Hər iki tərəfin razılığı ilə boşanacağıq. Məsələ ilə bağlı çox danışmaq istəmirəm”.
Xatırladaq ki, cütlük ötən il ikinci dəfə nikah masasına oturmuşdu. Onların ayrılmasına səbəb isə Sinan Akçılın uşaq istəməsi olub. Aktrisa Burcu isə “Instagram” profilində artıq qızlıq soyadını istifadə etməyə başlayıb.