Məşhur aktrisanın dəfn mərasiminə sənət dostları gəlmədi
03 noyabr 2021 11:59 (UTC +04:00)

Məşhur aktrisanın dəfn mərasiminə sənət dostları gəlmədi

Xəbər verdiyimiz kimi, noyabrın 2-də “Kuzey Güney”, “Kaybolan Yıllar”, “İstanbullu Gəlin” seriallarındakı obrazları ilə yaddaşlarda qalan Semra Dinçer vəfat edib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisanın dəfn mərasimində yalnız ailə üzvləri, yaxın dostları və qohumları iştirak edib.

İYİ partiyanın sədri Meral Akşener, Bəylikdüzü bələdiyyə başçısı Mehmet Murat Çalık və müğənni Haluk Levent dəfn mərasiminə çələnglər göndərib. Aktrisanın sənət dostlarının vida mərasiminə qatılmaması isə diqqət çəkib.

# 8016
avatar

Sevinc Fərid

Oxşar yazılar