Məşhur aktrisa Bali adasında  biznes qurur
10 may 2023 14:02 (UTC +04:00)

Məşhur aktrisa Bali adasında biznes qurur

Türkiyənin məşhur aktrisası Tuba Ünsal İndoneziyanın Bali adasından böyük torpaq sahəsi alıb.

Lent.az-ın məlumatına görə, Tuba Ünsal seriallardan əldə etdiyi qazancı daşınmaz əmlaka yatırması ilə tanınıb.

Bu günlərdə İndoneziyaya sevgilisi ilə tətilə gedən aktrisa ordan daşınmaz əmlak alıb, biznes qurmaq fikrinə düşüb. 

Bundan az öncə İstanbulun Şile rayonunda 3 milyon lirəyə villa alıb, ferma quran aktrisanın Bodrumda da bir neçə restorana sahib olduğu deyilir.

Tuba ilk olaraq Balidə 150 min avroya özü üçün ev alıb. Canggu bölgəsində böyük torpaq sahəsi alan aktrisa bu ərazini istirahət mərkəzi kimi istifadə edəcək. Tuba Ünsalın əraziyə böyük investisiya planının olduğu bildirilir.

# 2301
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar