“Muhteşem Yüzyıl” serialındakı Hürrəm Sultan obrazı ilə məşhurlaşan Meryem Üzərli üzündə keçirdiyi əməliyyatlarla tez-tez gündəmə gəlir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səfər Nyu-York küçələrində poza verən Meryem Üzərlinin üzündəki şişlik diqqət çəkib.
Meryem Üzərli 9 yaşlı böyük qızı Lara ilə ABŞ-a gedib. Onlar Nyu-York-da sənət qalereyasında məşhur rəssam Rene Demsinin rəsmlərinə baxıblar. Üzərlinin çox bəyəndiyi və qarşısında poza verdiyi “Little Bleau Bleau” adlı əsərin üzərində 10 min 500 dollar (təxminən 18 min manat) qiymət vardı.
Aktrisanın "Elisabetta Franchi" istehsalı olan taytları 26 min TL (təxminən 1580 manat), "Eleganza" brendi libası isə 15 min TL (təxminən 910 manat) dəyərində olub. Digər tərəfdən üzünə etdiyi estetik müdaxilələrlə tez-tez gündəmə gələn Meryem Üzərli bu dəfə görünüşünü tamamilə dəyişib. Aktrisanın Nyu-York səfərindən paylaşdığı fotolarda yanaqlarındakı dolğularla diqqət çəkib.