Madonnanın oğlu  zibil qutularında çörək axtarır
23 iyul 2024 15:16 (UTC +04:00)

Madonnanın oğlu zibil qutularında çörək axtarır

Dünya şöhrətli müğənni Madonnanın 18 yaşlı oğlu Devid Banda yemək almağa pulunun olmadığını açıqlayıb.

Madonna Devid Bandanı 2006-cı ildə 13 aylıq olarkən Malavidəki uşaq evindən övladlığa götürüb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşı tamam olduqdan sonra sevgilisi ilə birlikdə ayrı evə köçən Bandanın çörək almağa belə pulu yoxdur.

 Banda Nyu Yorkun Bronks məhəlləsində ev kirayələyib, Onun sevgilisi 21 yaşlı model Maria Atuestadır. Lakin Madonnanın oğlu düşdüyü vəziyyətdən məmnun görünür. İllərlə var-dövlət içində yaşamış gənc

"Gecə ac qalmaq və yemək alacaq pulunun olmadığını görüb zibili qarışdırmaq çox gözəldir. Gənc olmaq əyləncəlidir", - deyib.

Devid, əlavə pul qazanmaq üçün onlayn gitara dərsləri verdiyini qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5337
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar