Məşhur müğənni Madonna Ukraynadakı müharibəyə qarşı çıxaraq prezident Vladimir Zelenski və xalqına həmrəyliyini nümayiş etdirib.
Lent.az xəbər verir ki, o, bununla bağlı instaqram səhifəsində paylaşım edib.
“Biz sizi dəstəkləyirik, prezident Zelenski! Siz və ölkəniz üçün dua edirik!”, deyə müğənni vurğulayıb.
Madonna, həmçinin, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş Ukrayna sakinlərinə humanitar yardım göndərməyə çağırış edib.
Qeyd edək ki, bundan əvvəl bir çox rus estrada ulduzları da Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıblar.