Xalq artisti Könül Xasıyevanın ifası Misirdəki məşhur restoranların birində səsləndiriib.
Lent.az xəbər verir ki, bununla bağlı görüntüləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşıb.
Misirlilər Könül xanımın məşhur "Fələk səninlə düz dolana bilmərəm" qəzəli üstə oxuduğu muğam parçasını dinləyərək feyziyab olublar.
Hüseyn hazırda həyat yoldaşı ilə Misirdə istirahət edir.