Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Xalq artisti Tünzalə Ağayevanın haqqında şok fikirlər səsləndirib.
Lent.az-ın xəbərinə görə, o, proqramlardan birində Tünzalə Ağayevanın düzgün oxumadığını, öz sənət yoldaşlarını alçatdığını deyib.
“Həmkarını efirdə dəfələrlə alçaldırsa, “ara oxuyanlar”, “qıjı müğənnilər”, “gəlsinlər yanıma onlara dərs keçim, məktəb öyrədim” deyirsə, mən də deyirəm ki, belə öyrətmək istəyirsənsə, get sıfırdan bir ifaçını yetişdir, elə onu öz məktəbin.
Eləmisənmi? Xeyr. Amma çıxırsan efirlərdə Türkan Vəlizadəni və digər həmkarlarını vurursan. Onlar susurlar. Xoşaqəlməz sözləri onlara deməklə sənin qoltuğun “şişir”, bir az da vurursan. Amma mən bunlara susa, göz yuma bilmirəm. Deyirəm ki, bir dəqiqə dayan, çox irəli getdin!
Tünzalənin səsi gələn radionu dəyişirəm. Ola bilər ki, bəzi müğənnilər özfəaliyyətdir, onlar belə səhvlər edə bilərlər. Amma siz axı vokal müəllimlərindən dərs almısınız. Necə bu səhvləri edirsiniz?
Bacardığınız qədər hər kəsi alçaltmağı sevirsiniz. Bir az özünüzdən zəif müğənni görəndə onu alçaldırsınız. Mahnı yaddan çıxıb, gündəmdə paltarları ilədir. Sizin həmkarlarınıza qarşı aqressiyanız həddən artıq çoxdur. Bir az azaldın aqressiyanızı. Filankəs müğənni mənim səviyyəm deyil kimi söhbətlər etməyin!”, - o bildirib.