Çılğın açıqlamaları ilə tez-tez gündəmi bir-birinə qatan müğənni İrem Derici yenə adından söz etdirməyi bacarıb.
Lent.az-ın xəbərinə görə, müğənni jurnalistlərin müxtəlif suallarını cavablandırıb.
“Maqazin xəbərləri həyatımı bir zamanlar cəhənnəmə çevirdi. Çiy köftə kimi divardan divara vuruldum. Amma öldürməyən acılar gücləndirir. İndi mənim itim də məşhurdur”, - o bildirib.
“Türkiyədən nə üçün Beyons çıxmır?” sualını cavablandıran müğənni “Çünki Beyonsun atası onu 5 yaşından ulduz olmağa hazırlayırdı. Bir də ingilis dilini ilən məşurlarımız azdır. Hadisə, Atiyə, Işın Karacadan başqa ingiliscə oxuya bilənimiz yoxdur”, - o qeyd edib.