İbrahim Tatlısesin dodaq uçuqladan varidatı AÇIQLANDI
03 avqust 2023 11:07 (UTC +04:00)

İbrahim Tatlısesin dodaq uçuqladan varidatı AÇIQLANDI

Məşhur türküçü İbrahim Tatlıses varidatı barədə yayılan xəbərləri təkzib edib.

 Lent.az-ın xəbərinə görə, sosial mediada böyük sənətkarın dodaq uçuqladan böyük sərvətə sahib olması barədə xəbərlər yer alıb.

Onun 3 villa, 6 kabab salonu, 5 lüks mənzil, televiziya şirkəti, torpaq sahələri, 25 bahalı maşın, bir lüks yaxta, bir təyyarəsinin olması barədə xəbərlər yayılıb.

İbrahim Tatlıses bu xəbərlərə öz sosial şəbəkə hesabından cavab verərək, “ Tfu, tfu göz dəyməz inşallah. Bütün bunların hamısı bizim imiş, maşallah. Desəm də inanmayın” deyə cavab verib.
Bir müddət öncə oğlu Ahmet Tatlıses ilə var-dövlət və mülk üstündə məhkəməlik olan İmperator ölümündən sonra bütün varidatını “Mehmetcik vaqfı”na bağışlayacağını bildirmişdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8901
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar