Əməkdar artist Tünzalə Əliyeva
31 mart 2021 09:22 (UTC +04:00)

Əməkdar artist Tünzalə Əliyeva

"Həyat yoldaşım məndən 15 yaş kiçikdir" - Tünzalə Əliyeva - VİDEO

Əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Royal barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa “Onun sirri” verilişində bu sözləri deyib:

“Həyat yoldaşım mənə dostdur. Bu dünyada onu əvəz edəcək insan olmadı mənə. Atam, anam, bacım, qardaşım, qayınatam, qayınanam və digər yaxınlarım mənə dəstək oldu. Amma Royal daim mənim yanımda oldu. Düz 7 ildir ki, evliyik. İndi öhdəliklərimiz artıb. Mənim həyatımda nə varsa, ona hesablanıb. Bizim sevgimiz qarşılıqlıdır. O məndən xaratercə böyükdür. Amma məndən yaşca kişikdir. 15 yaş fərqimiz var. Biz sanki bir-birimizi indi tanımışıq. Bu 7 ildə bir-birimizdən yalnız bir gün ayrı qalmışıq. Onda da qayınanam əməliyyat olunmuşdu. Bu gün ruhumun cavan qalmasına görə ona borcluyam”.

Əməkdar artist Tünzalə Əliyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16665
avatar

Yalçın UĞUR

Oxşar yazılar