Tez-tez ər dəyişdirməyi və estetik əməliyyatları ilə gündəmə gələn türkiyəli müğənni Seda Sayan estetik əməliyyatları ilə bağlı danışanlara üsyan edib.
Lent.az-ın xəbərinə görə, 59 yaşlı müğənni dəfələrlə gözəlləşmə və cavanlaşma prosedurlarından keçib. O gah “Fransız asqısı”, gah “Lolita liftinq”, gah “ Barbi ayaqları” əməliyyatları etdirərək həm zərif , həm də gənc görünüşə bürünüb. Müğənni heç bir zaman estetik əməliyyatlar etdirməsini gizlətməyib, əksinə çox zaman sosial şəbəkə hesabında əməliyyatlarından görüntülər paylaşaraq, həkimlərini reklam edib.
Teleziya proqramlarından birində estetik əməliyyatlarla bağlı verilən sualı əsəbi şəkildə qarşılayan Seda Sayan deyib: ”Hər zaman nə etdimsə, bunu gizlətmədim. Mən açıq- açıq söyləyirəm, millət etdirsə də, gizlədir, adı çıxan bir mən oluram. Hər yerini düzəltdirən bir mənəm. Siz deyən olsun. Yalandan “ estetik etdirmədim” deyin. Biz də inandıq”.