"Heç kimə ikinci dəfə  şans vermirəm"   - Ancelina Coli
27 noyabr 2023 12:11 (UTC +04:00)

"Heç kimə ikinci dəfə şans vermirəm" - Ancelina Coli

Hollivud ulduzu, kinoaktrisa Ancelina Coli "keçmiş əriniz Bred Pitti bağışlayarsınızmı, yenidən birləşmək mümkündürmü?" sualına cavab olaraq daha heç kimə ikinci şans vermədiyini deyib.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə Hollivud ulduzu bunu lazımsız iş adlandırıb.

“İkinci şans verilən insanlar nankor olurlar. İlk dəfə anlamayan adam sonra da anlamayacaq. Əslində biz ikinci şansı ona yox özümüzə veririk. Çünki qopmağa, ayrılmağa hazır deyilik. Amma bunu eləməyə dəyməz. İnsanlar dəyişmirlər”,- deyə o bildirib.

 Qeyd edək ki, Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonra  keçmiş ərinin ona və uşaqlarına əl qaldırması barədə iddialar səslənmişdi. Bu günlərdə Ancelinanın övladlıq götürdüyü oğlu 19 yaşlı Paks öz sosial şəbəkə hesabında Pred Pitti yaramaz və dünya səviyyəli əclaf adlandırıb. O həmçinin qeyd edib ki, Bred  övladlarının həyatını cəhənnəmə çevirəcək qədər nifrətəlayiq bir ata olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7104
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar