Hande Erçel sənəti tərk edir?  – Özü açıqlama verdi
29 yanvar 2024 11:00 (UTC +04:00)

Hande Erçel sənəti tərk edir? – Özü açıqlama verdi

Milyonçu Hakan Sabancı ilə eşq macərası ilə gündəmdən düşməyən məşhur aktrisa Hande Erçein indi də sənətdən getməsi barədə söz-söhbət yayılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hande Erçelin serial layihələrinin kadrlarını sosial media hesablarından silməsi sevənlərində çaşqınlıq yaradıb. 

Erçel aktyorluğu tərk etməsi ilə bağlı iddiaları təkzib edərək, "Aktyorluq mənim həvəsimdir. Heç yerə getmirəm, əksinə yeni bir layihədə iştirak etmək istəyirəm" deyib.
O təhsilini başa vurmaq üçün universitetə geri döndüyünü qeyd edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10541

Oxşar yazılar