Formula 1-in  əfsanəsi Kim Kardaşyanla eşq yaşayır
05 fevral 2026 10:14 (UTC +04:00)

Formula 1-in əfsanəsi Kim Kardaşyanla eşq yaşayır

0

Formula 1-in əfsanəvi pilotu Lewis Hamilton ilə Kim Kardashian arasında münasibət yaşandığına dair iddialar yenidən gündəmə gəlib. Parisdə eyni otelə daxil olarkən görüntülənən ikilinin bu dəfə İngiltərədə gizli görüşdüyü bildirilir.

Lent.az xəbər verir ki, ingilis mətbuatının yaydığı məlumata görə, Kim Kardashian təxminən 100 milyon sterlin dəyərində olan şəxsi təyyarəsi ilə Oksford hava limanına enib.

Üç mühafizəçinin müşayiəti ilə hava limanından ayrılan məşhur ulduzun, Cotswolds bölgəsində yerləşən lüks Estelle Manor otelinə getdiyi bildirilir.

Eyni vaxtda Lewis Hamiltonın da Londradan helikopterlə havaya qalxaraq həmin otelin ərazisinə endiyi iddia olunur. Mənbələrin məlumatına əsasən, cütlük həftəsonunu bu lüks məkanda keçirərək, ictimaiyyətdən uzaq qalmağa üstünlük verib.

Bildirilir ki, Hamilton və Kardashian otelin xüsusi bölməsində baş-başa romantik axşam yeməyi yeyib, daha sonra isə spa mərkəzində onlar üçün təşkil edilən xüsusi proqramda iştirak ediblər.

Daha əvvəl Parisdə də birlikdə görüntülənən cütlük yayılan xəbərlərlə bağlı rəsmi açıqlama verməyiblər. Buna baxmayaraq, İngilis mediası bu görüşü “ilin ən sürpriz münasibətlərindən biri” kimi dəyərləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar