Fenomenə toyunda o qədər qızıl  taxdılar ki, tərpənə bilmədi - VİDEO
11 may 2026 13:09 (UTC +04:00)

Fenomenə toyunda o qədər qızıl taxdılar ki, tərpənə bilmədi - VİDEO

4

Türkiyənin sosial media fenomeni Çağla Öz ilə “Kara Haydar” ləqəbi ilə tanınan iş adamı Haydar Karanın toy mərasimi sosial şəbəkələrdə gündəm olub.

Lent.az yerli mediata istinadla xəbər verir ki, toyun ən çox müzakirə olunan məqamı isə qızıl taxma mərasimi olub.

Mərasim zamanı Çağla Özə külli miqdarda qızıl hədiyyə edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qızıl taxma mərasiminin dəqiqələrlə davam etdiyi əks olunub.

Bildirilib ki, xüsusi hazırlanmış kəmərlər, qalın bilərziklər və müxtəlif qızıl dəstləri səbəbindən gəlin hərəkət etməkdə çətinlik çəkib. Taxılan zinət əşyalarının ümumi dəyərinin milyonlarla lirə olduğu iddia edilir.

Təmtəraqlı nişan mərasimi qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 1264

Oxşar yazılar