Müğənni Fədayə Laçın sosial media hesabında oğlu Əlhəmlə bağlı maraqlı paylaşım edib.
Lent.az-ın xəbərinə görə müğənni oğlunu ad günü münasibətilə təbrik edərək yazıb:
"Doğum günün mübarək olsun, ey məni həyata bağlayan tək varlıq, Əlhəm. Nə yaxşı ki, Allah səni mənə hədiyyə etdi. Şükürlər olsun Allahıma. Səninlə fəxr edirəm, mənim ağıllı, şair balam. Deyirəm, ölüm haqdır, Allah bizi ayrılıqla imtahan etməsin. Səni sevirəm"