Əsl yaşlarını  gizlədən ULDUZLAR
03 mart 2026 13:19 (UTC +04:00)

Əsl yaşlarını gizlədən ULDUZLAR

0

Şou-biznes dünyasında yaş tez-tez söz-söhbət və ehtimallar mövzusuna çevrilir. Bəzi məşhur sənətçilər karyeralarının müxtəlif dövrlərində bioqrafiyalarındakı rəqəmləri qəsdən dəyişiblər – bəzən rol almaq üçün, bəzən imic naminə, bəzən isə sadəcə maraqlı təsadüf nəticəsində. Belə hekayələr arasında dünya miqyaslı ulduzlar da var.

Lent.az xarici mediaya istinadən vaxtilə əsl doğum tarixləri pərəstişkarları üçün gözlənilməz olan məşhurları təqdim edir.

Rebel Uilson

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

2015-ci ildə aktrisa ətrafında qalmaqal yaranmışdı. Onun keçmiş sinif yoldaşı iddia etmişdi ki, Uilson əslində ictimai bioqrafiyalarda göstəriləndən daha yaşlıdır. Bundan sonra bəzi tabloidlər ulduzu yalan danışmaqda ittiham etməyə başlamışdı. Uilson isə bu cür məlumatları yayan nəşrlərə qarşı məhkəməyə müraciət etmişdi.

Lorens Fişbern

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

Aktyor yeniyetmə yaşlarında “Apokalipsis bu gün” filmində rol almağı çox istədiyi üçün rejissor Frensis Ford Koppolaya yaşı barədə yalan danışmışdı. Fişbern 16 yaşında olduğunu demişdi, halbuki o zaman cəmi 14 yaşı var idi. Həqiqət çəkilişlər zamanı üzə çıxsa da, o, rolunu itirməmişdi.

Cennifer Lopes

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

Karyerasının əvvəlində müğənni və aktrisa fərqli doğum ili göstərmişdi. Bir müddət  1970-ci ildə anadan olduğunu bildirirdi. Əsl tarix isə həmin dövrdə sevgilisi olan Şon Kombsunu polisin saxlaması ilə bağlı qalmaqaldan sonra üzə çıxmışdı. Araşdırma zamanı məlum olmuşdu ki, Lopes 1969-cu ildə doğulub.

Mila Kunis

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

Aktrisa “That ’70s Show” serialına kastinq zamanı kiçik bir hiyləyə əl atmışdı. Prodüserlər artıq 18 yaşı tamam olmuş aktrisalar axtarırdılar. Həmin vaxt Kunisin cəmi 14 yaşı var idi, buna görə o, tezliklə yetkinlik yaşına çatacağını demişdi. Nəticədə rolu qazanmışdı.

Eminem

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

1990-cı illərin sonunda reper öz yaşı ilə bağlı bir qədər qarışıqlıq yaratmışdı. Hovard Sternin şousunda çıxışı zamanı 24 yaşında olduğunu söyləmişdi. Əslində isə həmin vaxt onun artıq 27 yaşı var idi. Bir çox pərəstişkar bunu sadəcə maraqlı bir səhv kimi qəbul etmişdi.

Sandra Bullok

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

Aktrisa yaşı ilə bağlı dəfələrlə zarafat edib. Bəzən daha böyük, bəzən isə daha kiçik rəqəm səsləndirib. Bir müddət jurnalistlər belə Bullokun əsl doğum tarixinin hansı olduğunu dəqiq bilmədiklərini etiraf etmişdilər.

Anasteyşa

Не та дата в паспорте: 7 звезд, которые когда-то скрывали свой настоящий возраст

Müğənni vaxtilə pərəstişkarlarını təəccübləndirmişdi. Yeni albomunun təqdimatı zamanı 22 yaşında olduğunu demişdi. Halbuki həmin vaxt sənətçinin artıq 30 yaşı var idi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar