Erotik filmlərin ulduzunu  seks kaseti  görüntüləri xəstələndirdi
12 yanvar 2023 18:30 (UTC +04:00)

Erotik filmlərin ulduzunu seks kaseti görüntüləri xəstələndirdi

Məşhur aktrisa, “Playboy” gözəli Pamela Anderson yenidən seks kaseti söhbəti ilə gündəmə gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa bu görüntülərin onun psixologiyasını pozduğunu və xəstələndirdiyini deyib.

 Qeyd edək ki, illər öncə Pamela Andersonun keçmiş əri Tomi Li ilə intim görüntüləri olan videokaset evlərindən oğurlanmış və müxtəlif platformalarda yayımlanmışdı.

Pamela və Tomi

Hər zaman çılpaq görüntüləri, erotik rolları ilə göz önündə olan aktrisanı bu hadisə çox pərişan eləmiş və xəstələndirmişdi. Maraqlıdır ki, illər sonra həmin görüntülər yenidən üzə çıxıb və Pamela onları internetdən yığışdırmaq üçün əməlli-başlı maliyyə sərf edir. Bunu nə üçün etdiyini  heç kim anlamır. Çünki Pamelanın yetərli qədər erotik filmləri və şəkilləri var. Məhz keçmiş əri ilə olan görüntülərə görə nə üçün xəstələnir? O, bunun sirrini heç kimə açmır.

 Bu yaxınlarda rəqəmsal platformada Pamela Anderson barədə çəkilmiş “Pamela, bir sevgi hekayəsi” adlı sənədli filmin təqdimatı olacaq. Pamelanın seks kasetlərinə görə yenidən xəstələnməsi xəbəri əslində 56 yaşlı aktrisanın diqqəti üzərinə çəkmək, filmin baxış sayını artırmaq cəhdi  kimi qiymətləndirilir.

Tanımayanlar üçün qeyd edək ki, Holluvud ulduzu Pamela Anderson filmlərdə oynadığı rollardan çox bədəni, sinəsinə və genetal bölgəsinə etdirdiyi plastik əməliyyatları, eləcə də sevgi macəraları ilə yadda qalıb.

O, 1989-cu ilin yazında Kanadada  futbol oyununu izləməyə gedərkən kameralar futbol sahəsindən çox bu gözəl qızı göstərmişdi. Həmin an meydandakı kişilərin hamısı ayağa qalxıb, onu alqışlamışdı. Elə bununla da gözəl Pamelanın ulduz yolçuluğu başladı. 

Həmin il “Playboy” kişi jurnalının üz qabığında çılpaq şəkilləri yayımlanan Pamela bu jurnalın daimi “hədəf”inə çevrildi, modellik təklifi və erotik filmlərdə aktrisa kimi rollar aldı.

 İlk əri Tomi Li ilə tanışlıqdan 4 gün sonra evləndi və 2 oğlu oldu. 3 il sürən bu ailə həyatı onun ən uzunömürlü evliliyi olub. Tomidən sonra 5 dəfə ərə gedən Pamela hər əri ilə cəmi 1 il yaşaya bilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9015
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07