Aktrisa Ülviyyə Əliyeva "Elgizlə izlə" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, boşanma xəbəri yayılan aktrisa proqramda müzakirələrə səbəb olan açıqlama verib:
"Qismətimə düşsə, əngəlli insanla evlənərəm. Avropada fiziki məhdudiyyətli insanlara əngəl yoxdur. Normal insanlar kimi evlənirlər. İnsanın ruhu, əqli əngəlli olmasın. Mən elə insanları qüsurlu görmürəm. Ağlın başındadırsa, artıq sağlamsan. Əngəlli biri ilə evlənərdim. Əsas xasiyyətim uyğun gəlsin. Əgər qismətimə belə insan düşsə, qəbul edərdim".
Qeyd edək ki, Ü.Əliyeva ikinci dəfə ailə qurub. Bu yaxınlarda mediada onun boşanması ilə bağlı xəbərlər dərc olunmuşdu.