Xalq artisti və iş adamı Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bağlı paylaşım edib.
Lent.az xəbər verir ki, sənətçi L.Əliyevanı doğum günü münasibəti ilə sosial şəbəkə hesabında təbrik edib.
Emin Ağalarov Leyla Əliyeva və övladları Mikayıl, Əli və Əminənin birgə yer aldığı fotonu yayımlayaraq bu sözləri yazıb:
“Ad günün mübarək, əziz Leyla! Sənə can sağlığı, xoşbəxtlik, çoxlu sevinc arzulayıram. Uşaqlarımıza, qayğına, diqqətinə və hər şeydə dəstəyinə görə təşəkkür edirəm. Xoşbəxt ol, biz həmişə yanındayıq”.