Əməkdar artist Zöhrə Abdullayeva
25 fevral 2021 09:53 (UTC +04:00)

Əməkdar artist Zöhrə Abdullayeva

Əməkdar artistin ayaqları tutulub - Əlil arabasında gəzir - VİDEO

Əməkdar artist Zöhrə Abdullayevanın ayaqları tutulub. Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Zaur Kamal “Həmin Zaur” verilişində deyib. O, bildirib ki, müğənni əlil arabasında gəzir: “Verilişdən öncə Zöhrə xanıma zəng etdim, dedi ki, xəstələnmişəm, ayağım tutulub. Söylədi ki, məni əlil arabasında aparıb gətirirlər”.

Zaur daha sonra Z.Abdullayeva zəng edib. Əməkdar artist səhhəti barədə bu sözləri deyib: “Revmatoid artrit oldum. Şükür ki, həkimin sayəsində azad oldum. 6-7 gündür ki, xəstəxanada yatıram”.

 

Əməkdar artist Zöhrə Abdullayeva

# 45873
avatar

Yalçın UĞUR

Oxşar yazılar