Əməkdar artist Gülüstan Əliyevanın ailəsində faciə olub. Lent.az xəbər verir ki, ifaçının xalasının 7 yaşlı nəvəsi Məhəmməd Pirşağıda kanalda boğulub. Müğənni bu barədə sosial şəbəkədə status yazıb:
“Mənim çox dəcəl və ağıllı xalam nəvəsi. Bu gün artıq 7 gündür ki, sonsuz suallarını eşitmirik. Nə qədər xoşbəxtliyi, nə qədər arzuları özünlə apardın. Məkanın cənnət olsun bala”.